Türkiyə Kuboku yeni formatla oynanılacaq. 

Offsideplus.az xəbər verir ki, pley-off və final mərhələləri tək oyun üsulu ilə keçiriləcək. Qrup oyunlarında 24 klub iştirak edəcək və 6 klub olmaqla 4 qrupa ayrılacaq. Gələn mövsüm Türkiyəni UEFA turnirlərində təmsil edəcək 5 komanda birbaşa qruplara vəsiqə qazanacaq. Qalan 19 komanda isə təsnifat mərhələlərindən sonra qrupda oynamaq haqqı əldə edəcək.

Pley-off mərhələlərində isə hər komandanın öz meydanında oynamaq qaydası keçərli olmayacaq.