"Fənərbağça"nın yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Joze Mourinyo ilə anlaşıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. 

Yaxın saatlarda portuqaliyalı ilə "2+1" şərti ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, Mourinyo "Porto", "İnter", "Çelsi", "Real", "Mançester Yunayted", "Tottenhem", "Roma" kimi klubları çalışdırıb.