Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə 2024-cü il Avropa çempionatına təşkilatçılıq uğrunda mübarizədə qələbə şanslarını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, ölkə başçısı AVRO-2024 üçün şərtləri yerinə yetirdiklərini vurğulayıb. O, UEFA-dan ədalətli dəyərləndirmə gözlədiklərini əlavə edib.
Qeyd edək ki, AVRO 2024-ə ev sahibliyi etmək üçün iki ölkə - Türkiyə və Almaniya namizədliyini verib. Yekun qərar UEFA İcraiyyə Komitəsinin sentyabrın 27-də İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra elan ediləcək. (Report)