Dünən Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Türkiyə 1-ci Liqasında çıxış edən "Kocaelispor" klubuna transferi rəsmən açıqlandı.
Son dönəmlərdə milli oyunçularımızın qardaş ölkəyə "kütləvi köç"ü diqqət çəkir. Türk dövlətlərinin üzvlərinin adı çəkilən ölkədə legioner sayılmaması da transferlərin sayının çoxalmasına səbəb olur. Maraq üçün bildirək ki, hazırda Türkiyə çıxış edən 13 azərbaycanlı var. Bu futbolçular fərqli dövrlərdə və hazırda müxtəlif yaş qrupu üzrə milli komandalarımız çıxış edib/edir.
Offsideplus.az hazırda Türkiyə liqalarında top qovan azərbaycanlı futbolçuları təqdim edir:
Türkiyə Super Liqası:
Şahruddin Məhəmmədəliyev - "Adana Demirspor" (Liqada 6-cı yer)
Renat Dadaşov - "Hatayspor" (Liqada 14-cü yer)
Türkiyə 1-ci Liqası:
Taşkın İlter - "Eyüpspor" - (Liqada 1-ci)
Ramil Şeydayev - "Kocaelispor" (Liqada 3-cü yer)
Mərt Çəlik - "Bandırmaspor" (Liqada 7-ci yer)
Coşqun Diniyev - "Ümraniyespor" (Liqada 9-cu yer)
Vüsal İsgəndərli - "Boluspor" (Liqada 10-cu yer)
Sertan Taşkın - "Manisa" (Liqada 11-ci yer)
Ufuk Budak - "Erzurumspor" (Liqada 12-ci yer)
Barış Ekincier - "Şanlıurfaspor" (Liqada 15-ci yer)
Bəxtiyar Həsənalızadə - "Tuzlaspor" (Liqada 16-cı yer)
Türkiyə 2-ci Liqa (Bəyaz Qrup)
Serhat Taşdemir - "Zonquldak Kömürspor" (Liqada 18-ci yer)
Türkiyə 2-ci Liqa (Qırmızı Qrup)
Samet Karakoç - "İsparta 32 Spor" (Liqada 5-ci yer)
Mustafa Yıldırım - "İğdır FK" (Liqada 1-ci yer)