Türkiyə  futbolunda xoşagəlməz hadisə yaşanıb.

 Offssideplus.az xəbər verir ki, "Balıkesirspor” – “Ümraniyespor” qarşılaşmasının ilk hissəsinin sonunda meydana daxil olan azarkeş  hakimə yumruq vurub.

Buna görə  komandalar ikinci hissəyə çıxmayıblar və oyun yarımçıq qalıb.

Qarşılaşma ilə bağlı son qərarı Türkiyə  Futbol Federasiyası verəcək.