Türkiyə futbolunda xoşagəlməz hadisə yaşanıb.
Offssideplus.az xəbər verir ki, "Balıkesirspor” – “Ümraniyespor” qarşılaşmasının ilk hissəsinin sonunda meydana daxil olan azarkeş hakimə yumruq vurub.
Buna görə komandalar ikinci hissəyə çıxmayıblar və oyun yarımçıq qalıb.
Qarşılaşma ilə bağlı son qərarı Türkiyə Futbol Federasiyası verəcək.