“Qalatasaray”ın sabiq futbolçusu Yunes Belhanda sabiq komandasının dünən Türkiyə Super Liqasında baş tutan “Konyaspor”la (3:0) matçını tribunadan izləyib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra “Ajansspor”a danışan 33 yaşlı yarımmüdafiəçi bunları söyləyib:  "Hələ heç bir komanda ilə müqavilə imzalamamışam. Özüm üçün ən yaxşısını arzulayıram. "Qalatasaray"ın matçına futbol azarkeşi kimi gəlmişəm".

Qeyd edək ki, 2017-2021-ci illər aralığında “sarı-qırmızılar”ın formasını geyinən Belhandanın son klubu “Adana Dəmirspor” olub.