“Kasımpaşa” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komanda Sami Uğurluya tapşırılıb. 45 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
S.Uğurlu bu vəzifədə ötən gün istefaya göndərilən Kemal Özdeşi əvəzləyib.
Qeyd edək ki, "Kasımpaşa" hazırda Superliqanın turnir cədvəlində 18 xalla 8-ci pillədə qərarlaşır.