"Fənərbağça" klubu Türkiyə Super Liqasında növbəti oyununa çıxacaq.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, "sarı-lacivərtlilər" doğma meydanda "Fatih Karagümrük"lə qarşılaşacaq.

İstanbul təmsilçisi bu oyunun hazırlıqlarını davam etdirir.

Bildirək ki, matç noyabrın 26-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.