"Qalatasaray" klubu Türkiyə Super Liqasında növbəti oyununa çıxacaq.

 Offsideplus.az xəbər verir ki, "Cim-bom" doğma divarlar arasında "Alanyaspor"la qarşılaşacaq.

"Sarı-qırmızılılar" bu matçın hazırlıqlarını davam etdirir. Komanda bu gün məşq meydançasında topla çalışmaları və fiziki hazırlıqları yerinə yetirib.

Qeyd edək ki, noyabrın 25-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.