Rusiya və Ukrayna müharibəsinə görə "Qalatasaray"ın transfer məbləği ödəmədən heyətinə qatdığı braziliyalı Tete "sarı-qırmızı"ları çıxılmaz vəziyyətə sala bilər. 

Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında yazılıb. İstanbul təmsilçisinin idarə heyəti hüquqi çərçivədə təhlil edərək transferi reallaşdırsa da, futbolçunun klubu "Şaxtyor Donetsk" "Cim-bom"dan yüksək təzminat (150 milyon avro) tələb edir. İki klub arasında məsələni FIFA dəyərləndirəcək.

Çətin vəziyyətə düşmək istəməyən Türkiyə təmsilçisi 23 yaşlı futbolçunu qış transfer pəncərəsində satmağa çalışacaq.