Türkiyənin “Beşiktaş” klubu Şenol Günəşin istefasından sonra məşqçi axtarışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyinin Kiyev "Dinamo"sundan ayrılan və karyerasını bitirdiyi deyilən Mirça Luçesku ilə görüşdüyü iddia edilib.
Bu barədə rumıniyalı jurnalist Decebal Radulesku məlumat yayıb. O bildirib ki, Luçesku yenidən Super Liqada işləməyə razıdır.
Qeyd edək ki, rumıniyalı məşqçi Mirça Luçesku 2003-cü ildə 100-cü ilində “Beşiktaş”ı Türkiyə çempionu edib.