Türkiyənin "Qalatasaray" klubunun yarımmüdafiəçisi Lukas Torreyra İstanbul təmsilçisindən ayrılmaq üzrədir.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, uruqvaylı futbolçu İtaliya nəhəngi "Milan"dan təklif alıb.
27 yaşlı oyunçu qış transfer dövründə "cim-bom"u "rossonyerlər"ə dəyişməyə hazırdır.
Qeyd edək ki, Torreyranın "sarı-qırmızılılar"la müqaviləsinin müddəti 2026-cı ilədəkdir.