“Konyaspor” klubu baş məşqçisi Aleksandr Stanoyeviçi istefaya göndərib.
Offsideplus.az xəbər verir ki, Serbiyadan olan 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, bu ilin yanvarından “Konyaspor”a rəhbərlik edirdi.
Konya təmsilçisi hazırda 9 xalla Super Liqada 14-cü sırada qərarlaşıb.