"Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartal UEFA tərəfindən cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb İstanbul klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" (Nilderland) ilə cavab oyununda meydana gec çıxması olub.
Komandanın meydana nəzərdə tutulan vaxtdan 1 dəqiqə gec çıxmasında baş məşqçinin məsuliyyət daşıdığı bildirilib. O, 1 oyunluq şərti cəza alıb. Sınaq müddəti isə 1 il təyin edilib. İsmayıl Kartal 25 min avro cərimə də edilib. "Fənərbaxça" isə 28 min avro cərimələnib.