Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi Tolunay Kafkası istefaya göndərib.
Offsideplus.az xəbər verir ki, 55 yaşlı mütəxəssislə rəhbərlik arasında baş tutan görüşün ardından belə bir qərar qəbul olunub. İstefaya paytaxt komandasının ölkə çempionatının ilk 7 turunda uğursuz çıxış etməsi səbəb olub.
Qeyd edək ki, son olaraq “Qalatasaray”a 1:2 hesabı ilə uduzan “Ankaragücü” 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.