"Şahruddinin Məhəmmədliyevin Türkiyənin "Adana Demirspor" komandasına transferini uğurlu addım sayıram".
Bunu Offsideplus.az saytına açıqlamasında 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Etibar Tarverdiyev deyib.
"Neftçi"nin sabiq məşqçisi "Şahruddinin gedişindən sonra "Qarabağ"da qapıçı problemi həll olunacaqmı" sualına isə belə cavab verib:
"Andrey Lunyovun "Qəbələ" ilə oyundakı çıxışını bəyəndim. Amma indidən nəsə demək çətindir. Onu zaman göstərəcək. Qapıçıların performansından çox şey asılıdır".
Nuh Tarverdiyev