"Beşiktaş" klubu Gökhan İnlerin transferini tamamlayıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 39 yaşlı yarımmüdafiəçi ilə 2023/2024 mövsümünün sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Gökhan İnler 2016/2017 mövsümündə də "Beşiktaş"da çıxış edib. İsveçrə millisinin sabiq üzvü son olaraq "Adana Demirspor"da oynayıb.