Türkiyənin "Qaziantep" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, sözügedən klub Belçika "Standar Liq"indən mərkəz hücumçusu Denis Drağuşu sıralarına qatıb.

24 yaşlı rumıniyalı forvard bir il müddətində icarə əsasında "Qaziantep"in şərəfini qoruyacaq.