Türkiyənin "Adana Demirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, Super Liqa təmsilçisi "Nottingem Forest"in mərkəz hücumçusu Emmanuel Dennisi transfer etmək üçün hərəkətə keçib.

Türkiyə klubu 26 yaşlı nigeriyalı forvard üçün artıq qarşı tərəflə danışıqlara başlayıb.