İngiltərə "Arsenal"ının yarımmüdafiəçisi Nikolas Pepe karyerasını Türkiyədə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Kotdivuar millisinin üzvü "Trabzonspor"a keçəcək. 28 yaşlı futbolçu mövsümün sonuna kimi icarə əsasında Superliqa klubunda çıxış edəcək.

Pepe tibbi müayinədən keçmək üçün artıq Türkiyəyə yollanıb.