İngiltərə "Arsenal"ının mərkəz yarımmüdafiəçisi Jorjinyo Frello karyerasını ölkəsində davam etdirə bilər.

 Offsideplus.az "Tutto Napoli"yə istinadla xəbər verir ki, 31 yaşlı futbolçu "Napoli"yə keçə bilər. Hazırda tərəflər arasında danışıqlar aparılır.

Bu barədə məlumatı oyunçunun agenti Joao Santos verib.

Qeyd edək ki, Jorjinyo ilə Türkiyənin "Beşiktaş" klubu da yaxından maraqlanır.