"Qalatasaray" klubu futbolçusu Emin Bayramı icarəyə verib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçi karyerasını Belçika "Vesterlo"sunda davam etdirəcək. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, E.Bayram 2019-cu ildən İstanbul təmsilçisinin futbolçusudur. O indiyədək icarə əsasında "Boluspor"da da çıxış edib.