Türkiyənin "Hatayspor" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, Super Liqa təmsilçisi Honduras millisinin üzvü Riqoberto Rivasla anlaşıb.

Hazırda klubsuz olan 25 yaşlı cinah yarımmüdafiəçisinin keçidi "Hatayspor"a pulsuz başa gələcək.

Qeyd edək ki, Rivas son olaraq "Reccina"da çıxış edib.