Türkiyənin "Qalatasaray" klubu transfer çalışmalarını davam etdirir.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə Çempionşipində mübarizə aparan "Vest Bromviç"in türkiyəli yarımmüdafiəçisi Okay Yokuşlu ilə anlaşıb.
Bu məlumatı "Vest Bromviç"in mətbuat xidmətinin əməkdaşı Adrian Qoldberq də təsdiqləyib.
Qeyd edək ki, 29 yaşlı futbolçu Türkiyə yığmasının da üzvüdür.