İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Jorjinyo Frello karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

 Offsideplus.az xəbər verir ki, 31 yaşlı italiyalı futbolçu "Fənərbağça" ilə razılıq əldə etmək üzrədir.

Bu barədə məlumatı türkiyəli jurnalist Arda Biben yayıb.

Xəbərə görə, Jorjinyo İstanbul təmsilçisinin təklifinə müsbət yanaşıb.

Qeyd edək ki, onun "Arsenal"la müqaviləsinin müddəti gələn ilin 30 iyununda bitir.