Azərbaycan millisinin üzvü Renat Dadaşov Türkiyə klubu ilə anlaşıb.

 Offsideplus.az xəbər verir ki, 24 yaşlı mərkəz hücumçusu "Hatayspor"la razılığa gəlib.

Bu barədə məlumatı "Spor Arena" yayıb.

Xəbərə görə, hazırda İsveçrənin "Qrasshopper" klubunun formasını geyinən Dadaşov "Hatayspor"la anlaşıb. Onun keçidinin tezliklə açıqlanacağı bildirilir.

Qeyd edək ki, Renatın "Qrasshopper"lə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununda başa çatır.