Türkiyənin "Fənərbağça" klubu İngiltərə "Arsenal"ının məşhur futbolçusuna "elçi düşüb".

 Offsideplus.az xəbər verir ki, söhbət "topçular"ın yarımmüdafiəçisi Jorjinyo Frellodan gedir.

Bu barədə məlumatı türkiyəli jurnalist Arda Biben yayıb.

İnformasiyaya görə, İstanbul təmsilçisi 31 yaşlı italiyalı futbolçu ilə yaxından maraqlanır və onun üçün təklif göndərib.

"Fənərbağça" yay transfer pəncərəsi bağlanmamış, Jorjinyonu sıralarına qatmaq niyyətindədir.

Qeyd edək ki, italiyalının "Arsenal"la 2024-cü ilin 30 iyununadək müqaviləsi var.