"Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi Serxio Ramosla apardıqları danışıqların detallarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, klub rəsmisi Türkiyə mətbuatına ispan müdafiəçinin klubdan tələblərindən danışıb:

"Serxio Ramos transferi üçün çalışdıq, dedik ki, olsun. Həqiqəti bilmək istəyirsiniz? O məbləği verə bilən varsa, verəcək. 16,5 milyon avro, vergilər daxil 25 milyon avro. İki illik müqavilə. 50 milyon avro. "Beşiktaş"ın 1/4 borcudur. 37 yaşında bir futbolçu".

Qeyd edək ki, hazırda azad agent olan Ramosun "Qalatasaray"la anlaşdığı bildirilir. Futbolçunun adı "İnter Mayami" klubu ilə də hallanır.