Yeni mövsüm öncəsi önəmli adları özündə birləşdirən "Qalatasaray" transferlərinə davam edir.

Offsideplus.az   xəbər verir ki, "Sarı-qırmızılar" yarımmüdafiə xəttini gücləndirmək cəhdlərini davam etdirir.

 Fransız mətbuatında yer alan xəbərə görə Sarı-qırmızıları, Tanguy Ndombele üçün "Tottenham" ilə danışıqlar aparır.

"Tottenhem"lə müqaviləsi iki il olan futbolçunun bu həftə London təmsilçisindən ayrıla biləcəyi bildirilib.