Türkiyə Super Liqasında XIV turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça" "Qaziantep"i qəbul edib. Görüş "sarı-lacivərtlilər"in "3-1" hesablı qələbəsi ilə başa çatıb.
İstanbul nəhəngi oyunda hesabı erkən qolla açıb. Matçın 3-cü dəqiqəsində Oğuz Aydın topu qapıçının ayaqları arasından keçirərək çərçivəyə göndərib. İlk hissənin sonlarına yaxın qonaqlar hesaba tarazlıq gətirib. Okereke 41-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. 79-cu dəqiqədə Bekao, 89-cu dəqiqədə isə Edin Ceko "toru" silkələyərək yekun hesabı müəyyənləşdirib.
Oyunda vurulan qolları təqdim edirik.