Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku "Beşiktaş"la bağlı dediyi sözlərlə bağlı açıqlama verib.

 Offsideplus.az xəbər verir ki,  səhv başa düşüldüyünü bildirən Mirça Luçesku “Ağ-qaralar”ı tərifləmək  üçün “Beşiktaş"la yox, Afrika Millisinə qarşı oynadıq dediyini bildirib.

Mirça Luçesku "Beşiktaş" matçından sonra verdiyi açıqlamadan sonra Türkiyədə onun haqqında yazılanları eşidəndə güldüyünü deyib.

Sözlərinin səhv başa düşüldüyünü bildirən Luçesku, "Beşiktaşı heç bir şəkildə qiymətləndirmədim, əksinə, Beşiktaşın bu mövsüm çox yaxşı əcnəbilərdən ibarət yaxşı bir komanda qurduğunu demək istədim"- deyə bildirdi.