Serxio Ramos və Marko Verattini transfer etməyə çalışan "Qalatasaray"ın adı daha bir ulduzla hallanır.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" "Bavariya"nın yarımmüdafiəçisi Rayan Qravenberx ilə maraqlanır. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Cim-Bom" 21 yaşlı niderlandlı üçün Münhen təmsilçisinə 10 milyon avroya icarə və 20 milyon avroya birbaşa satın alma təklifi göndərib.
Qeyd edək ki, Rayanın "Bavariya" ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.