Xorvatiya millisi və "Dinamo" klubunun üzvü Dominik Livakoviç "Fənərbağça" ilə anlaşıb.
Offsideplus.az xəbər verir ki, DÇ-2022-nin bürünc medal mükafatçısı karyerasını Türkiyənin "Fənərbağça" klubunda davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı qolkiperlə 2027-ci ilədək müqavilə imzlaanacaq. Futbolçu bu gün tibbi müayinədən keçmək üçün İstanbula gələcək.
Qeyd edək ki, Livakoviç Azərbaycan millisinin üzvü Mahir Emreli ilə komanda yoldaşıdır.