"Qalatasaray" klubu Mauro İkardidən sonra PSJ-nin daha bir futbolçusunu transfer etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" Marko Veratti ilə maraqlanır. Bu barədə "Lequipe" nəşri məlumat yayıb. Transfer maliyyə cəhətdən ağır olsa da, "sarı-qırmızılar" qarşı tərəflə danışıqlar aparır.
30 yaşlı yarımmüdafiəçi "Əl Əhli" klubu ilə razılıq əldə etsə də, Verattinin menecerləri ərəblərə yeni təklif irəli sürmüşdü. Bu addım Səudiyyə Ərəbistanı klubunun xoşuna gəlməyib və transfer bir müddətlik təxirə salınıb.