"Başakşehir"də rəhbərlik və futbolçular baş məşqçi Emre Belözoğlundan razı deyil. 

Offsideplus.az xəbər verir ki, futbolçular söyüş söydüyünə və təhqir etdiyinə görə 42 yaşlı mütəxəssisin rəhbərliyi altında çıxış etmək istəmirlər. 

Belözoğludan istefa verməsi tələb olunub. O, klubdan ayrılsa, yerinə Abdullah Avcı gətiriləcək.