İtaliyanın “Verona” klubunun müdafiəçisi Koray Günter karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, “Beşiktaş” 28 yaşlı futbolçu ilə maraqlanır.
Günter 2019-cu ildən “Verona”da çıxış edir. O, İtaliya klubunun heyətində 105 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə edib. Almaniyalı müdafiəçinin “Verona” ilə müqaviləsi 2025-ci ilin iyununa kimidir.