"Fənərbağça"nın futbolçusu Villian Arao Yunanıstanın "Panatinaikos" klubuna transfer edilib.

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 31 yaşlı oyunçu 2022-ci ilin iyulundan İstanbul təmsilçisində oynayırdı. O, klubla 31 matça çıxmışdı.