"Qalatasaray" Nelssonun komandadan ayrılması halında Serxio Ramosu transfer etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, PSJ-dən gedəndən sonra azad agent olan ispan müdafiəçinin "Qalatasaray" klubundan tələbi bəlli olub. Belə ki, Ramos 5 milyon avro istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb. 

Qeyd edək ki, Ramosla "İnter Mayami" klubu da yaxından maraqlanır. Futbolçunun MLS təmsilçisinə keçidi reallaşmasa, Avropadan "Qalatasaray"a transferi mümkün ola bilər.