“Atletiko Mineiro” ilə müqaviləsi başa çatan Robinyo “Sivasspor”a keçə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Superliqa klubunun baş məşqçisi Samet Aybaba Türkiyə mətbuatına açıqlamasında deyib. O, Robinyonun özü və meneceri ilə görüşdüklərini, razılıq əldə olarsa, onu transfer edəcəklərini söyləyib.

Qeyd edək ki, brazilyalı 33 yaşlı hücumçu Avropada “Real”, “Mançester Siti”  və “Milan” kimi klublarda çıxış edib.

qol.az