Serxio Ramosun "Qalatasaray"a mümkün transferinə Mauro İkardi də yardım edib. 

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, ispan müdafiəçinin "İnter Mayami"yə keçidi gerçəkləşməsə, böyük ehtimalla, karyerasını "Qalatasaray"da davam etdirəcək. 

Mauro İkardi də məsələ ilə bağlı Ramosa zəng edib. Argentinalı hücumçunun "sarı-qırmızılar"ı təriflədiyi və onun "Qalatasaray"a gəlməsini dediyi bildirilir. 

Qeyd edək ki, son klubu PSJ olan Ramos hazırda azad agentdir.