Keçmiş "Qarabağ"lı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, 34 yaşlı qolkiper "Konyaspor"dan "Əl-Xalic" klubuna transfer olunub. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb. 

Qeyd edək ki, Şehiç  2015 - 2018-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub.