Hazırda azad agent olan Serxio Ramosun adı "Qalatasaray"la hallanır.

Offsideplus.az "Haber Qlobal"a istinadən xəbər verir ki, "Cim-Bom" ispan müdafiəçi ilə razılıq əldə edib. Futbolçunun "İnter Mayami" klubuna transferi gerçəkləşməsə, Ramos "Qalatasaray"a keçəcək. 

"Skorer"in məlumatına görə isə "sarı-lacivərtlər"in Serxio ilə anlaşması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

Qeyd edək ki, 37 yaşlı futbolçunun son klubu PSJ olub. O, 2005-2021-ci illərdə "Real Madrid"in şərəfini qoruyub.