Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Qalatasaray” klubu arasında sponsorluq müqaviləsi imzalanıb.

Offsideplus.az xəbər verir ki, imzalanma mərasimi “Ali Sami Yen” İdman Kompleksində keçirilən tədbirdə SOCAR-ın Türkiyə bürosunun baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov "Qalatsaray"ın prezidenti Dursun Özbek, komandanın futbolçuları Lukas Torreyra, Kerem Aktürkoğlu da iştirak edib.

E.İbadov Türkiyə nəhəngi ilə birlikdə uzun bir yola çıxdıqlarını söyləyib: “Türkiyədə idmana verdiyimiz dəstəyə yeni bir halqa əlavə edirik. “Qalatasaray”dan UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qələbə ilə yoluna davam etməsini gözləyirik. “Qalatasaray”ın bütün sahələrdə uğurlar qazanacağına, kuboku da burada görəcəyimiz günlərin yaxın olduğuna inanırıq”.

D.Özbek bu razılaşma haqqında danışıb. O deyib: "Avropada böyük hədəflərə doğru irəlilədiyimiz bu yolda SOCAR-ın bizim yanımızda olması çox vacibdir. Bu anlaşmanın hər iki tərəfə böyük qatqısnın olacağına inanıram. Danışıqlarımız "Qarabağ"la zəlzələdən zərərçəkənlər üçün yoxlama matçı keçirdiyimiz vaxt başlamışdı. Qarşıdakı vaxtda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevi anmaq məqsədi ilə "Qarabağ" ilə bir oyun keçirəcəyimizin müjdəsini də vermək istəyirəm".

Sonda Dursun Özbek Elçin İbadova “Qalatasaray”ın formasını hədiyyə edib.

Qeyd edək ki, SOCAR ilə "Qalatasaray" arasındakı 3 illik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edir. Razılığa əsasən, “Qalatasaray” 2023/2024 mövsümündə UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərinin (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) oyunlarına sinəsində SOCAR yazısı olan forma ilə çıxacaq.

SOCAR, həmçinin, mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.