Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi, Madrid "Atletiko"sunun hücumçusu Joao Feliksi transfer etmək üçün hərəkətə keçib.

"Sarı-qırmızılılar" tezliklə 23 yaşlı portuqaliyalı futbolçunun keçidi üçün danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Feliks "Atletiko"dan ayrılmaq istəyir.