Mauro İkardi, Vilfrid Zaha transferlərini gerçəkləşdirən "Qalatasaray" yeni transferə hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" "Atletiko Madrid"in ulduzu Joau Feliksi heyətinə cəlb etmək istəyir. Bu barədə "Takvim" məlumat yayıb. "Qalatasaray" portuqaliyalı hücumçunu Türkiyə Super Liqasına gəlməyə razı salmaq üçün hərəkətə keçib. Klub ilk öncə Felikslə anlaşmağa, daha sonra Madrid təmsilçisi isə ortaq məxrəcə gəlməyə çalışacaq. 

Qeyd edək ki, bir müddət öncə "Barselona"da oynamaq istədiyini açıqlayan Felikslə "Atletiko" arasında münasibətlər pozulub. Klub futbolçuya yeni komanda axtarır.