"Beşiktaş" klubu "Milan"ın futbolçusu Ante Rebiçi heyətinə qatmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı hücumçunun tibbi müayinədən keçmək üçün sabah İstanbula gedəcək. 29 yaşlı futbolçmu ilə 3 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 2019-cu ildən "Milan"da çıxış edən Rebiç "qırmızı-qaralar"da ümumilikdə 127 oyuna 29 qol vurub, 14 qol ötürməsi edib.