"Beşiktaş" "Milan" klubunun hücumçusu ilə anlaşıb. 

Offsideplus.az xəbər verir ki, İstanbul təmilçisi Ante Rebiçə icarə təklifi göndərib. 29 yaşlı xorvatiyalı ilə razılıq əldə olunub, klub "Milan"ın cavabını gözləyir. 

A Seriyası nəhəngi icarə təklifini qəbul etməsə, "Beşiktaş" futbolçunu birbaşa transfer etməyi planlaşdırır. Bu halda klub Rebiçlə 3 illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, Ante Rebiç "Milan"ın heyətində çıxdığı 123 oyunda 29 qol vurub, 17 assistə imza atıb. Ötən mövsüm 31 oyunda iştirak edən xorvat 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

kapak 115022