"Fatih Terim məşqçi karyerasını bitirməyib, hələ də çalışmaq istəyir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qalatasaray" və Türkiyə milli komandasının sabiq futbolçusu Necati Ateş "Spor Gecesi Digital"a açıqlamasında söyləyib. 

 Necati Ateş Terimə Azərbaycandan təkliflər gəldiyini bildirib: "Azərbaycandan və Qətərdən tez-tez təkliflər gəlir. İtaliyadan da gələ bilər. "Fiorentina"nın əfsanəsindən danışırıq. Hər an bir təklif gəlib, işinə dönə bilər. Bilmək olmaz".

Qeyd edək ki, Terimin son klubu "Qalatasaray" olub. 

Xatırladaq ki, daha öncə baş məşqçi axtarışında olarkən "Neftçi" klubu Sergen Yalçınla danışıqlar aparmış, lakin danışıqlar bir nəticə verməmişdi.