"Kristal Palas"dan ayrılan Vilfrid Zahanı transfer edə bilməyən və 30 yaşlı futbolçunu əzəli rəqibi "Qalatasaray"a qapdıran "Fənərbağça" onun əvəzinə başqa məşhur sima ilə güclənəcək.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, "sarı-lacivərtlilər" Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Taliska üçün hərəkətə keçib.
"Fənər" braziliyalı yarımmüdafiəçi üçün qarşı tərəflə danışıqlara başlayacaq.
Bildirək ki, 29 yaşlı "sambaçı" 2018-ci ildə Türkiyə Super Liqasında forma geyinib. Belə ki, o, "Beşiktaş"ın uğurları üçün çalışıb.